Onkoloji xəstəliklər üçün ayrılan vəsait artırılmalıdır

  • 18.09.2019
  • 0

2019 -cu ilin dövlət büdcəsindən Onkoloji xəstələrin müalicəsi üçün 30 milyon manat ayrılsa da bu vəsait xəstlərin ən müasir peraparatlarla müalicəsi üçün kifayət etmir. Bu fikirlər parlamentin bu gün keçirlən Səhiyyə komitəsinin iclasında səsləndirilib. Çıxış edən komitə sədri Əhliman Əmiraslanov növbəti ilin büdcəsində bu ayırmaların artırılmasını təklif edib.

Komitə sədri Şəkərli diabet xəstələrinin dərman vasitələri və avadanlıqlarla təminatı ilə bağlı da tez-tez narazılığların olduğunu və gələcəkdə bu xəstəliyin müalicəsinin də İcbari Tibbi sığortaya aid ediləcəyini bildirib.

İclasda çıxış edən millət vəkili Musa Quliyev isə ölkəmizdə anemiyalı xəstələrinin sayının təhlükəli həddə olduğunu və bunun qarşısının alınması üçün tədbirlərin görülməsinin vacibliyini bildirib.

Eyni zamanda iclasda tibb sahəsinin əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı da təkliflər səsləndirilib.

Nə düşünürsən?