Kölgə iqtisadiyyatına qarşı mübarizə gücləndirilir

  • 13.09.2019
  • 0

''Kölgə iqtisadiyyatı dövlətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olur''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Vergilər naziri Mikayıl Cabbarov deyib.

Bakıda "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda keçiriən beynəlxalq konfransda çıcış edən Mikayıl Cabbarov bu hallara qarşı sərt mübarizənin aparıldığını bildirib. O, Azərbaycanda qeyri-rəsmi məşğulluq, bəyan edilməmiş gəlirlər və ikili mühasibatlıq hallarına tez-tez rast gəlindiyini qeyd edib və bunun qarşısının alınması zamanı sahibkarların narazılığı ilə qarşılaşdıqlarını vurğulayıb.

Nazir, bu sahədə əldə edilən nəticələr barədə də məlumat verib.

Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə kölgə iqtisadiyyatı ilə köklü mübarizəni təmin etmək üçün sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin qeydiyyatının tam avtomatlaşdırıldığını söyləyib.

Komitə sədri aparılan islahatların ölkə iqtisadiyyatına verdiyi müsbət töhfədən də danışıb və bu il büdcəyə köçürüləcək əlavə vəsaiti açıqlayıb.

Qeyd edək ki, konfransda digər dövlət qurumlarının kölgə iqtisadiyyatı ilə mübarizədə görülən işlərə həsr edilən təqdimatlar dinlənilib və Azərbaycanda aparılan islahatlar nəticəsində bu növ iqtisadiyyatın hər il azaldığı qeyd edilib.

Nə düşünürsən?