Göyçayda məcburi köçkünlərin yataqxanasında yanğın: 50 ailə təxliyə edildi

  • 13.09.2019
  • 0

Göyçayda beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin Heydər Əliyev prospektində, Göyçay Peşə Liseyinin yataqxanasında qeydə alınıb. 

Yanğın beşmərtəbəli binanın 2, 3, 4 və 5-ci mərtəbələrində baş verib. Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı yataqxana binasında yaşayan 33 məcburi köçkün ailəsi və 17 yerli ailə təxliyə edilib. Yanğınsöndürənlərin operativliyi və bacarığı sayəsində köhnə taxta konstruksiyalı balkon və evlərdə yanğının genişlənməsinin, binada baş verə biləcək böyük faciənin qarşısı vaxtında alınıb. Hadisə zamanı mənzillərin 45 kvadratmetrlik balkonları yanıb. 

Yanğının qaz balonunda baş verən nasazlıq səbəbindən baş verdiyini bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?