Sabirabadda 3 uşaq atasını elektrik cərəyanı vurub öldürdü

  • 09.09.2019
  • 0

Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Səfərov Səfər Balayar oğlunu fərdi yaşayış evində elektrik cərəyanı vurub. 

Hadisəyə ehtiyatsızlıq səbəb olub. 27 yaşlı gənc yaxınları tərəfindən Şirvan şəhər xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Səfər Səfərov 3 uşaq atası olub.  

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?