Goranboyda qədim abidə aşkarlanıb

  • 30.08.2019
  • 0

Goranboyda ilk tunc dövrünə aid abidə tapılıb. Abidədə həmin dövrə aid insanların qəbirləri və bir çox sənət nümunələri aşkarlanıb. Xezerxeber.az-ın məlumatına görə, ərazidə insan sümükləri, saxsı qablar, bəzək əşyaları və bir çox başqa qədim qalıqlar aşkarlanıb. Şadlı kəndi ərazisində qazıntılar zamanı ilk tunc dövrünə aid ən böyük kurqan tipli sərdabə də aşkarlanıb. Ehtimallara görə, aşkarlanan qəbir tipli sərdabə tayfa başçısına aid olub. Burada xüsusi ağacdan hazırlanan taxtın olması isə deyilənləri bir daha sübut edir. Sərdabənin Kür-Araz mədəniyyəti dövrünə aid olduğu etimal edilir. Burada diqqət çəkən məqam isə sərdabənin divarının uçması nəticəsində dəfn adətinin sona çatdırılmamasıdır. Arxeoloji qazıntılar zamanı müxtəlif ölçülü insan sümükləri ilə yanaşı tapılan digər maddi-mədəniyyət nümünələrinin köməyi ilə həmin dövrün insanlarının həyat tərzini, dini baxışlarını da öyrənmək mümkündür. Qazıntı gedən ərazidə yerli mütəxəsislərlə yanaşı İtaliya, Fransa və Türkiyədən olan arxeoloq, topoqraf, antropoloqlar da çalışır. Şadlı kəndində aşkarlanan qədim əşyalar labaratoriya göndəriləcək. Tapıntıların tam tədqiqindən sonra Gəncə-Naftalan turizm marşrutu üzərində yerləşən abidənin restavrasiya olunaraq açıq müzey kimi sərgilənməsi nəzərdə tutulur.

Nə düşünürsən?