Şagirdlərin elektron yerdəyişməsi başlayıb

  • 15.08.2019
  • 0

Avqustun 15-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb. Şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Xezerxeber.az-ın məlumatına görə, şagird yerdəyişməsinin elektronlaşdırılmasında məqsəd məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım etməkdir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq məqsədi daşıyır. Eyni zamanda, prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Orxan Abbasov bildirib ki, şagirdlərin elektron yerdəyişməsi zamanı nəzərə alınan əsas meyar yaşayış yerinin dəyişməsidir.

Şagird yerdəyişməsinin yay dövrü sentyabrın 15-ə qədər davam edəcək.

Nə düşünürsən?