Şəmkir çiyələyinə həm yerli, həm də xarici bazarlarda böyük tələbat var

  • 10.08.2019
  • 0

İxrac imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin kənd təsərrüfatı məhsullarına xarici bazarlarda tələbatı daha da artırır. Bu isə fermerləri əkin sahələrini, işin həcmini və məhsuldarlığı artirmağa sövq edir. Şəmkirin çiyələk təsərrüfatlarında olduğu kimi.

Xezerxeber.az-ın məlumatına görə, Şəmkir çiyələyinə həmişə yerli bazarda tələbat yüksək olub. Şəmkir, Gəncə və Bakının topdan satış bazarları ilə yanaşı, böyük restoran və şadlıq sarayları da Şəmkir çiyələyinin daimi alıcılarıdır.

Son dövrdə ixracın stimullaşdırılması istiqamətində dövlət tərəfindən atılan addımlar isə bu məhsulun xarici bazarlara çıxarılması imkanlarını genişləndirib. Buna müvafiq olaraq tələbatın artması fermerləri əlavə tədbirlər görməyə sövq edir.

Əkin sahələrinin genişləndirilməsi üçün atılmalı olan ilk addım isə çiyələk ştillərinin yetişdirilməsidir. Şəmkirdə becərilən bu ştillər həm təsərrüfatın böyüdülməsinə, həm də satışa yönəldilir.

Bütün bu sadalananlar həm də işçi qüvvəsinə olan tələbatı artırır. Təsərrüfatlara Şəmkirlə yanaşı, ətraf rayon və kəndlərdən də işləməyə gələnlər var. Məhsuldarlıq isə mövsümə müvafiq olaraq gündəlik 1-4 ton arasında dəyişir.

Şəmkir çiyələyinin xarici bazarlara ixracı əsasən topdansatışla məşğul olan sahibkarlar tərəfindən həyata keçirilir.

Nə düşünürsən?