Azərbaycanda polis öldü

  • 10.08.2019
  • 0

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, qəza avqustun 9-da axşam saatlarında İvanovka qəsəbəsi ərazisində qeydə alınıb. 

Göyçay rayon sakini Mahmudov Arzu Mahmud oğlu idarə etdiyi “VAZ 21 015” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb. 

Hadisə nəticəsində sürücü dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Arzu Mahmudov İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı olub, bu yaxınlarda təqaüdə çıxıb. 

Nə düşünürsən?