Millət vəkili: "Prezidentimizin atdığı addımların yalnız bir hədəfi var: vətəndaşların rifahının yaxşılaşdırılması"

  • 01.08.2019
  • 0

Ötən gün dövlət başçısının sədrliyi ilə keçirilən müşavirədə səsləndirilən rəqəmlər aparılan sosial iqtisadi islahatların özünü doğrultduğu göstərir. Millət vəkilləri düşünür ki, iqtisadi artım tempi sosial layihələrin daha da dərinləşməsi üçün geniş imkanlar yaradır. Bu ilin 6 ayı ərzində əldə olunan naliyyətlər də buna sübutdur.

Prezident İlham Əliyevin sədrliyi ilə sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə daha çox kənd təsərrüfatı, iqtisadiyyat, təhsil, maliyyə və sosial sahələrdə həyata keçirilən tədbirlərdən danışılıb. Bu isə təsadufi deyildi. Çünki, son yarım ildə həyata keçirilən sosial-iqtisadi islahatlarda birbaşa Azərbaycan vətəndaşının sosial müdafiəsinə yönələn addımlar böyük üstünlük təşkil edib.

Həyata keçirilən islahatlar nəticəsindəAzərbaycan iqtisadiyyatı və qeyri-neft sektorunda gözlənilən artımlar qeydə alınıb.

Ticarət dövriyyəsində artım isə 20 faizdən çoxdur. qeyri-neft ixracımız isə 15 faiz artıb. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faiz olsa da əhalinin gəlirləri isə 6,6 faiz artıb. Aparılan islahatlar nəticəsində vergilər nazirliyinin, dövlət gömrük komitəsinin xətti ilə büdcə daxilolmaları ötən illə müqayisədə 440 milyon manatdan çox artıb. Son 6 ayın ən yaddaqalan hadisəsi isə iki dəfə sosial paket halında çoxsaylı əməkhaqqı və müavinətlərin artırılması olub.

Bu isə təbiidir. Çünki, həyata keçirilən islahatların mərkəzində hər zaman Azərbaycan vətəndaşı və onun rifahı dayanır.

Nə düşünürsən?