İstixanada çətənə bitkisi əkib-becərən şəxs ifşa edildi

01.08.2019 | 10 | 0

Bağ evində istixanada çətənə bitkisi əkib-becərən şəxs ifşa edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində Novxanı qəsəbə sakini əvvəllər məhkum olunmuş Taleh Ağayev saxlanılıb.

Onun qəsəbə ərazisindəki həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 252 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Taleh Ağayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdiridyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam edir.

Nə düşünürsən?
Yüklənir...