Dövlət Miqrasiya Xidmətinin rəisi hesabat verdi

  • 18.07.2019
  • 0

Bu ilin ilk 6 ayında Azərbaycana 1 milyon 409 min 724 nəfər əcnəbi gəlib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çoxdur.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, yaşama icazələrinin alınması ilə bağlı yenilik edilib. Belə ki, hazırda ölkəmizdə hansı dövrdə yaşamasından asılı olmayaraq 2 il yaşayan şəxs daimi yaşamaq üçün müraciət edə bilirdi.Yeni qanunvericiliyə görə isə, şəxs ardıcıl 2 il ölkədə yaşadıqdan sonra icazə almaq üçün müraciət edə bilər.

Bu arada, son 6 ayda qaçqın statusu üçün müraciətlər 53 faiz artıb. Miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarların sayında 34 faiz azalma var.

Vüsal Hüseynov vurğulayıb ki, bu ilin 6 ayi ərzində Azərbaycanda 75 nəfər vətəndaşlığa qəbul edilib.

Xidmət rəisi, müəyyən səbəblərə görə xarici ölkələrdən sığınacaq almaq istəyən, amma buna nail olmayaraq geri qaytarılan şəxslərin sayını da açıqlayıb və vətəndaşları bu məsələdə dələduzlara aldanmamağa çağırıb.

Hesabat dövründə quruma vətəndaş müraciətlərinin sayında 8 faiz azalma qeydə alınıb. Çağrı mərkəzinə edilən zənglərin sayı 53 min 303 olub.

Nə düşünürsən?