Tovuz rayonunda maraqlı toy adəti

16.07.2019 | 23 | 0

Günün günorta çağı evə girib əllərinə keçəni- toyuq-cücəni, qab-qacağı oğurlayırlar. Oğurladıqları qəniməti də özləri ilə aparırlar...

Xezerxeber.az-ın məlumatına görə, bütün bu hadisələr isə ev sahibinin gözü önündə baş verir. Sonda oğurlanan malla rəqs edib, sahibindən halallıq alınır.

Görüntülər Tovuz rayonunda təşkil olunan toyların birindəndir. Burda bəyin yaxınları qız evindən oğurluq etmədən getmirlər.

Oğurluq edənlər isə adətən bəyin dostları olur.

Yerli sakinlərin sözlərinə görə, əvvəllər, hətta iribuynuzlu heyvanları da oğurlayıblar. Bu cür adətlər yüz illərdir ki, davam edir.

Nə düşünürsən?
Yüklənir...