Mingəçevirdə mal-qara oğrusu saxlanılıb

  • 09.07.2019
  • 0

Mal-qara oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən bir neçə Mingəçevir sakini onlara məxsus iribuynuzlu mal-qaranın oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir sakini, 23 yaşlı Vüqar Mustafayev saxlanılıb. Araşdırmalar zamanı onun ötən ayın 28-dən iyulun 5-dək olan müddətdə ayrı-ayrı şəxslərə məxsus 3 baş iribuynuzlu mal-qaranı oğurladığı aşkarlanib.

Faktla bağlı araşdırma davam edir.

Nə düşünürsən?