Sahibkarlığın dəstəklənməsi məqsədilə daha bir addım

  • 03.07.2019
  • 0

Sahibkarlığın dəstəklənməsi üçün xarici ölkələrin və beynəlxalq təşkilatlarin maliyyələşdirdikləri layihələr əlaqələndiriləcək.Bununla bağlı imzalanan fərmana əsasən xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri layihələr Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əlaqəli şəkildə həyata keçiriləcək.

Nazirlər Kabineti sahibkarliq subyektlərinin dəstəklənməsi məqsədilə imzalanan sazişlərə əsasən həyata keçirilən proqramlara KOBIA-nin cəlb olunmasını təmin edəcək.

Fərmanla bağlı müxtəlif qurumların üzərinə öhdəliklər düşür.Kiçik orta biznesin inkişafı agentliyinin departament müdiri Fuad Məmmədov deyir ki, təhlillərin dəqiq aparılması üçün aidiyyatı qurumların məlumatları dəqiqliklə, dolğun şəkildə təqdim etmələri lazımdır.

KOBIA isə təqdim edilmiş məlumatlar əsasında növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların istiqamətlərinə dair təkliflər hazirlanmasını təmin edəcək.

Nə düşünürsən?