Bakıda hər mənzilə yaşıl və narıncı paketlər paylanacaq

  • 02.07.2019
  • 0

Binaların tullantı meydançalarına iki rəngdə yeni konteynerlər qoyulub.

Bina sakinlərinə isə 2 cür-yaşıl və narıncı çeşidləyici paketlər paylanılıb

Görüntülər Nərimanov rayonu ərazisindəndir. Bu addım Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxərazısındəbərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin müasir səviyyədə təşkil edilməsi Konsepsiyası çərçivəsində atılıb.Hər məhəllədə məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır. Sakinlərə isə iki rəngdə çeşidləyici paketlər verilib.

Nərimanov rayon mənzil komunal təsərrüfatı birliyinin rəisi Elçin Həşimovun sözlərinə görə, həmin paketlərin birinə təkrar emala gedən tullantılar, digərinə isə emal üçün nəzərdə tutulmayan tullantılar atılacaq. Əsas məqsəd paytaxt sakinlərinin öz mənzillərində tullantıların çeşidləməsini həyata keçirmələridir.

Paketlər bina sakinlərinə verildikdən sonra ondan istifadə qaydaları barədə təlimatlandırılıblar

Layihə gələcəkdə paytaxtın digərrayonlarını daəhata edəcək.

Nə düşünürsən?