Pirşağı dəmiryolu stansiyası yenidən qurulur

  • 28.06.2019
  • 0

Yaxın vaxtlarda daha bir neçə Bakıətrafı qəsəbə və kəndin sakini şəhər mərkəzinə elektrik qatarlarla hərəkət edəbiləcəklər.Pirşağı dəmiryolu stansiyası yenidən qurulur. Stansiyada 162 metr uzunluğunda platformalar inşa edilib.

Piyada keçidi tikilir. Dayanacaqlar inşa edilir.

Sərnişinlərin əyləşməsi və dayanması üçün böyük platforma salınır. Görüntülər əsaslı şəkildə yenidən qurulan paytaxtın Sabunçu rayonu Pirşağı dəmiryolu stansiyasındadır. Bakı dairəvi dəmir yolunun tikintisi çərçivəsində Pirşağı dərmiryolu stansiyasında təmir-bərpa işləri aparılır. Müasir standartlar əsasında qurulan stansiya yeni görünüşdə qəsəbə və kənd sakinlərinin istifadəsinə veriləcək. Sahə rəisi Əliş Qarayev stansiyada aparılan işlər barədə məlumat verib. Onun sözlərinə görə, dərmiyolunun sağ və sol hissələrində inşa edilən platforman hər birinin uzunluğu 162 metrdir.

Stansiyada həmçinin 40 metr uzunluğunda yerüstü piyada keçidi də inşa edilir.

Pirşağı stansiyası istifadəyə verildikdən sonra sakinlər şəhər və sumqayıt istiqamətində elektrik qatarları ilə gedib-gələ biləcəklər.

Artıq dəmiryolu stansiyasında son tamamlama işləri gedir. stansiyanın yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır.

Nə düşünürsən?