Ağstafada törədilən dəhşətli cinayətlə bağlı son xəbər!

  • 18.06.2019
  • 0

Ağstafa rayonun Böyük Kəsik kəndində avtomatla 4 nəfəri qətlə yetirən şəxs ətrafa atəş açarkən 4 nəfər də yaralanıb.

Xəsarət alan 58 yaşlı Rəsul Həsənov, 56 yaşlı Lilpar Əhmədova, 20 yaşlı İbrahim Abdullayev və 68 yaşlı Nüsrət İsayev güllə yaraları ilə Ağstafa rayon mərkəzi xəstəxanasına və Qazax Müalicə Diaqnostika məkəzinə yerləşdiriliblər. Onlardan Nüsrət İsayevin ayağına bir neçə güllə dəyib ... Onun sol baldırı ambutasiya edilib.

Xəsarət alanlardan Rəsul Həsənov ambulator müayinə edilərək evə buraxılıb. Güllə onun ayağını sıyırıb. Lilpar Əhmədova Gəncə şəhərindəki özəl klinikalardan birinə göndərilib. Onun həyatı üçün təhlükə yoxdur.. Vəziyyəti kafidir... Sağ budundan güllə yarası alan İbrahim Abdullayev isə bu gün evə buraxılıb...

Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərtərəfli, tam və obyektiv araşdırılması məqsədi ilə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nə düşünürsən?