Azərbaycan ordusu erməni mövqelərinə raketlə darmadağın etdi

  • 15.06.2019
  • 0

Sosial şəbəkələrdə Azərbaycan ordusunun Ermənistan ordusunun mövqelərinə minaatanlarla zərbə endirdiyini əks etdirən görüntülər yayılıb.

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda yanan avtomobillər görüntüləri və erməni dilində danışan şəxslərin və atılan raketlərin səsi eşidilir.

İddia olunur ki, video görüntülər dünən cəbhənin  Fizuli istiqamətində qeydə alınıb.

Məlumat üçün qeyd edək ki, bu gün Ermənistan mətbuatında da bu barədə məlumat yayılıb. Qarabağdakı seperatçı rejimə istinadən yayılan məlumatlarda bildirilir ki, Azərbaycan tərəfi erməni mövqelərinə minaatanlarla (5 ədəd AQS-17) zərbə endirib.

Nə düşünürsən?