Bu il 50 modul tipli məktəb quraşdırılacaq

  • 14.06.2019
  • 0

Bu il ərzində əlavə 50 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub.

Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov qatıldığı son "son zəng" tədbirində bildirib.

Nazir deyib ki, Bakı şəhəri və ətraf qəsəbələrdə məktəb şərati yaxşılaşdırılır. Bundan əlavə, ucqar kəndlərdə fəaliyyət göstərən məktəblərin modul tipli məktəblə əvəzlənməsi davam etdirilir.

Təhsil naziri Abşeron rayonunda yeni salınmış qaçqın şəhərciyində fəaliyyət göstərən Hal kənd tam orta məktəbində iştirak etdiyi "son zəng" tədbirində məzun olan şagirdləri və valideynləri təbrik edib. Bildirib ki, ölkəmizin orta təhsil səviyyəsini 113 mindən çox, tam orta təhsil səviiyyəsini isə 80 min 504 nəfər məzun bitirir və onlar üçün bu gün son məktəb zəngi çalınır.

Son zəng tədbiri Abşeron ərazisində yerləşən Qubadlı rayon Çardağlı kənd tam orta məktəbində də möhtəşəm şəkildə qeyd olunub. Tədbirdə məzunlar təbrik edilib, onlara uğurlar arzulanıb. Bildirilib ki, məktəbdən bu il 21 şagird məzun olub.

Hazırda təhsil müəssisəsində 517 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 31 müəllim məşğul olur.

Nə düşünürsən?