Pomidor və xiyarın baha olmasına səbəb nədir?

  • 08.06.2019
  • 0

Bölgələrdə istehsal olunan pomidor və xiyarın bir kiloqramı paytaxt bazarlarında dəfələrlər baha qiymətə satılır.

Xezerxeber.az-ın məlumatına görə, Tovuzda pomidor və xiyar əkini ilə məşğul olan təsərrüfat sahibləri deyir ki, yerində pomidorun bir kiloqramını 10-20, xiyarın 1 kiloqramını isə 8-10 qəpiyə satırlar.

Göyçayda isə istixana şəraitində istehsal edilən pomidorun bir kiloqramı 40-50, xiyarın kiloqramı isə 20-40 qəpik arasında satılır.

Paytaxt bazarlarında isə çəkiliş zamanı məlum oldu ki, bölgələrdən alınıb bazarlara satış üçün gətirilən pomidor və xiyarı satıcılar 10 dəfə baha qiymətə satırlar.

Bəs bölgələrlə müqayisədə Bakı bazalarında pomidor və xiyarın qiymətinin belə baha olmasına səbəb nədir?

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun sözlərinə görə, qiymət fərqinin olmasına əsas səbəb nəqliyyat və bazar xərcləridir. Bununla yanaşı, fermerlərin işini daha da asanlaşdırmaq üçün Dövlət Aqrar Şirkətinin nəzdində "Onlayın satış platforma''sı yaradılıb.

Odur ki, fermerlərin məhsul istehsal etməkdən başqa, satış-marketinq düşüncəsinin formalaşması bu problemin aradan qaldırılmasında yardımçı ola bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?