İtkin düşmüş Zəhra tapıldı

  • 06.06.2019
  • 0

4 iyun səhər saatlarında Sabunçu rayonundakı evlərinin önündə oynayan 4 yaşlı Bağırova Zəhra Rəsul qızının naməlum şəraitdə itkin düşməsi haqqında məlumat vermişdik. Balaca Zəhra haqqında sosial şəbəkələrdə və mediada məlumatlar paylaşılmış, cəmiyyət onun tapılması üçün səfərbər olunmuşdu. Bu gün Zəhranın yaxınları uşağın tapılması haqqında məlumat yayıblar. Azyaşlının qohumu Rüstəm Vəkilov Yeni Kanala açıqlamasında xəbəri təsdiqləyib. R.Vəkilov uşağın Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapıldığını, ailəsinə təhvil verildiyini bildirib. Hər şeyin qaydasında olduğunu deyən R.Vəkilov bununla bağlı narahatçılıq keçirən şəxslərə, məlumatı paylaşıb yardımçı olan insanlar təşəkkürünü bildirib

Nə düşünürsən?