Sabunçudan "28 May"-a 15 dəqiqəyə çatmaq olacaq

  • 22.05.2019
  • 0


Bakı - Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq.


Yenicag.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.


AzTV-nin “Günün nəbzi” verilişində qonaq olan qurum rəhbərinin sözlərinə görə, uzunluğu 13,5 km olan Bakı-Sabunçu dəmir yolu xətti üzrə məsafəni 15 dəqiqəyə qət etmək mümkün olacaq.


Qeyd edək ki, Bakı - Sabunçu dəmir yolu xətti ötən gün Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.


Nə düşünürsən?