"Ermənilər özlərində müəyyən ediblər ki, Azərbaycan onlarındır. Təklif edirəm ki, gələn dəfə dünyanın başqa bir yerində özlərində yer tapıb, öz yerləri kimi müəyyən etsinlər".
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.
Dövlət başçısının bu fikrindən sonra Paşinyan cavab vermək istəsə də, o, çətin duruma düşüb. Erməni Baş Nazirin cavab vermək cəhdi İlham Əliyevin gülüşünə səbəb olub.
Qeyd edək ki, 45 dəqiqə davam edən paneldə Azərbaycan Prezidentinin peşəkar diplomatik bacarığı, biliyi və bəzən də yumoru ilə Ermənistan Baş Nazirinə çətin anlar yaşadıb.