Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında, gənclərlə görüşdə 9 fevral tarixində keçirilən parlament seçkilərindən də danışıb.
"Qafqazinfo" həmin çıxışın videosunu təqdim edir.
Qeyd edək ki, dövlət başçısı çıxışında pozuntulara yol verən şəxslərin cəzalandırılacağını bildirib. İlham Əliyev qeyd edib ki, bu pozuntulara qətiyyən ehtiyac yoxdur. "Çünki bu gün tam səmimiyyətlə deyirəm, bizim siyasətimizə Azərbaycanda alternativ yoxdur. Elə bir siyasi qüvvə yoxdur ki, o, müəyyən dərəcədə xalqın rəğbətini qazansın. Bu seçkilər bir daha onu göstərdi ki, bizim apardığımız siyasət xalqımızın mütləq əksəriyyətinin maraqlarına cavab verir və gördüyümüz işlər də göz qabağındadır", - deyə Prezident bildirib.