Sabah üçün imsak və iftar duaları

  • 21.05.2019
  • 0

Oruc tutarkən niyyət etmək vacibdir. 

Niyyət isə belədir. 

“Niyyət etdim Allah rizası üçün bugünkü Ramazan orucunu tutmağa”

Həmçinin hər gün imsak vaxtı oxunan dualar var. 

Ramazanın 18-ci gününün duası belədir.

“İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat. Qəlbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini işıqlandıran Allah!”

İftar vaxtı isə həmişəki kimi bu dua oxunur. 

"İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla.”

Nə düşünürsən?