Ata hələ dünyaya gəlməyən uşağının qatili oldu

17.05.2019 | 15 | 0

Abşeronda kişi hamilə həyat yoldaşını bıçaqlayaraq bətnindəki uşağını öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında Abşeron rayon Fatmayi qəsəbəsində baş verib. 22 yaşlı Şəmil Abdullayev hamilə həyat yoldaşı 19 yaşlı Səbinə Atababayeva ilə qayınatasının evində mübahisə edib. Bu zaman kişi həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub.

1 saylı Kliniki Tibbi Mərkəzin həkim-cərrahı Kamil Hacıyev deyir ki, ağır vəziyyətdə xəstəxanaya daxil olan qadının bədənində 7-8 bıçaq yarası aşkar edilib. Qadın dərhal əməliyyat edilib. Hazırda vəziyyəti ağır olaraq qalır.

İlkin ehtimala görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Məlumata görə, Səbinə ailə hayətı qurduqdan sonra Ağstafa rayonunda yaşayırmış. Ailədə tez-tez mübahisə olduğundan bir müddət əvvəl Səbinə Atababayevanın valideynləri onu gətirərək Fatmayidə öz yanlarında saxlayıblar.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşarı gələrək araşdırmalar aparıblar. Polis idarəsindən verilən məlumata görə, hadisəni törədib qaçan Şəmil Abdullayev hələ tutulmayıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Nə düşünürsən?
Loading...