Azərbaycan karvanı və köpəklər

  • 14.05.2019
  • 0

Brüsseldə bir qrup antimilli satqın Azərbaycan dövlətinə, xalqa, onun milli heysiyyatına qarşı əxlaqsızlıq və tərbiyəsizlik edib. Bir ovuc qaragüruh tullantısı, Qarabağın Azərbaycandan zorla ayrılmasına nail olmaq, bu məqsədlə də dövləti gözdən salmaq istiqamətində fəaliyyət göstərən Erməni separatçıları ilə unison davranan, eyni maddi, mənəvi, siyasi mənbədən stimullaşdırılan cəhalət artıq-urtuğu növbəti dəfə öz keçmiş ana vətənlərinə əl qaldırmağa cəhd ediblər. Azərbaycan bayrağından, dövlət müstəqilliyimizdən qıcıqlanan bu əcinnə düşükləri, bu tullantı cisimləri və ya mənəvi idbarlıqlar diqqət cəlb etməkdən ötrü ən aşağı yola əl ataraq dövlətimiziin rəmzlərinə həqarət etməyə qalxıblar. Birmənalı olaraq yeni Ermənistan rəhbərliyinin imicini xilas etmək, bu məqsədlə sabitlik və rahatlıq, çoxmədəniyyətli və tolerant, nüfuzlu mühitlə bütün müsəlman dövlətlərinə nümunə olan Azərbaycana qara yaxmaq, imicinə çamur atmaq fikrinə düşən miskin qara kütlə parçası öz xislətinin bədnam təqdimatını edib. Amma bu dəfə də iflas, bu dəfə də rüsvayçılıq və rəzil olmaq! Aqibət ənənəvi olub.

Avropa İttifaqının paytaxtı Brüsseldə baş verən xəcalət aktı bir iki nəfərin siyasi ləçərliyi ilə yadda qaldı. Əslində belə də olmalıydı. Ona görə ki, vətən təəssübü və milli ləyaqət kimi hisslərdən aclıq keçirən əqidə yalavaclarının belə rəzil sonluğa yuvarlanacağı bəlli idi. Sadəcə, bu təbii sonun Avropa İttifaqının düz ortasında, Brüsseldə baş verəcəyini şəxsən mən proqnozlaşdırmamışdım. İndi bir daha o məntiqə qayıdıram ki, vətənüzinalarla mazaqlaşmaq olmaz. Bu siyasi defektləri, əqidə eybəcərlərini cəmiyyət özü tarixin zibilliyinə atmalıdır. İctimai məzəmmət və ümumilli lənətlə. Dövlət öz bayrağının kölgəsini belə alaqlardan, gerbinin altını bu cür taxtabitlərindən qorumalıdır. Brüsseldə Azərbaycan bayraqları ilə bəzənmiş beynəlxalq təyinatlı avtomobillər öz yoluyla gedirdi. Avtomobil karvanının yanınca isə hürriyyət sözünün yalnız ilk üç hərfini daşıyan canlı hərəkət edirdi. Həmişə belə olub. İt öz, karvan isə öz yoluna. Ancaq gizlətmirəm, yazığım gəldi. Ehtiyac insanı it yalında duz çörək axtarmağa belə vadar edirmiş. Ay sizi bətndən kənar hamiləlik tikələri, ağrınızı yenə vətən çəkir! Azərbaycan onsuz da çox yuxarıdadı. Sizdən. Sizin mənəviyyatınızdan. Heysiyyatınızdan. Dəyərmi? Siz hətta satqın da deyilsiniz e. Siz satılmamısınız, özünüzü Ermənistana bağışlamısınız. Amma Azərbaycan bağışlamayacaq! Heç vaxt! Murdarlar.

Nə düşünürsən?