Nazirlərin Brüsseldə görüşü başa çatdı

  • 13.05.2019
  • 0

Brüsseldə Avropa İttifaqı ölkələrinin və "Şərq Tərəfdaşlığı" Proqramının iştirakçısı olan altı ölkənin Xarici İşlər nazirlərinin görüşü başa çatıb.

Bax.tv Report-a istinadla xəbər verir ki,  görüşdə Azərbaycanı iclasda Xarici İşlər naziri Elmar Məmmədyarov  təmsil edib.

Görüş Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin sədrliyi ilə keçirilib.

Görüş zamanı iştirakçılar "Şərq Tərəfdaşlığı" Proqramının həyata keçirilməsini müzakirə ediblər.

Nə düşünürsən?