Sabah üçün imsak və iftar duaları

  • 12.05.2019
  • 0

Oruc tutarkən niyyət etmək vacibdir. 

Niyyət isə belədir. 

“Niyyət etdim Allah rizası üçün bugünkü Ramazan orucunu tutmağa”

Həmçinin hər gün imsak vaxtı oxunan dualar var. 

Ramazanın 8-ci gününün duası belədir.

“İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!”

İftar vaxtı isə həmişəki kimi bu dua oxunur. 

"İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla”

Nə düşünürsən?