Qoşa Qala qapılarında hazırda nə iş görülür?

  • 08.05.2019
  • 0

Qoşa Qala qapıları bərpa edilir.

Bərpa və konservasiya işlərinə öncə Qala divarlarının daxili hissəsindən başlanılıb. Hazırda isə Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib. Yalnız 2011-2012-ci illərdə Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib. Bu səbəbdən də tarixi XII əsrə söykənən Qoşa Qala qapılarının bərpasına ehtiyac yaranıb.

İşlər Avstriyanın tanınmış "Atelier Erik Pumer" şirkəti tərəfindən həyata keçirilir.

Buradakı işlərin bu ilin sonun kimi yekunlaşdırılması nəzərdə tutulub.

Layihənin bu ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.