Paytaxtda yenidən imtahan həyəcanı yaşandı

  • 08.05.2019
  • 0

Paytaxtda yenidən imtahan həyəcanı yaşanıb. Bu dəfə Bakı məktəblərində işləmək istəyənlər imtahan veriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində işlə təmin olunmaq üçün 3000-ə yaxın namizəd imtahan həyəcanı yaşayıb. İdarənin müdiri Rəşad Tağıyev işə qəbul üzrə imtahanların gedişi ilə tanış olub.

6 ixtisas üzrə 400 vakant yer uğrunda mübarizə aparan namizədlər arasında imtahandan uğurla çıxanlar daha sonra müsahibə mərhələsində iştirak edəcəklər. İdarə müdirinin sözlərinə görə, imtahanda iştirak edən namizədlərin seçəcəkləri ixtisasa görə suallar və onlara verilən vaxt da fərqlidir.

Qeyd edək ki, imtahanlar dünəndən start götürüb və ayın 11-ə kimi davam edəcək.

Nə düşünürsən?