Azərbaycanda narkotik alverçisini tutuldular

  • 08.05.2019
  • 0

Külli miqdarda narkotik maddə satmaq istəyən şəxs tutulub.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları Lerik rayonu ərazisində keçirilən əməliyyat zamanı Lənkəran sakini Əfqan Ağayevi 1 kiloqram 210 qram narkotik vasitə olan tiryəki satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. O, ifadəsində narkotik vasitələri tanışı İlham adlı şəxsdənaldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Lənkəran şəhər sakini İlham Əsgərov da tutularaq istintaq təqdim edilib. O, ifadəsində Əfqan Ağayeva tiryək satdığını etiraf edərək, həmin narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından 1800 manata aldığını bildirib.

Şöbə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə Lənkəran şəhər sakini Müşfiq Şükürov da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun əlindəki bağlamaya baxış zamanı 405 qram qururulmuş marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Nə düşünürsən?