Azərbaycanda komendant 3 nəfəri niyə güllələdi? - Ən son məlumat

  • 28.04.2019
  • 0

Abşeronda silahlı insdent olub. ''Yeni Bakı'' yaşayış kompleksinin komendantı odlu silahdan açdığı atəşlə üç nəfəri yaralayıb. Hadisənin ev satışı üstündə baş verdiyi bildirilir. Hadisədən sonra komendant saxlanılaraq istintaqa cəlb edilib.

Ev satışı üstündə mübahisə üç nəfərin güllənməsiilə nəticələnib.

Ağır cinayət ötən gün Abşeron rayonu Masazır qəsəbəsində ev alqı-satqı ofisində baş verib. Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, ev alqı-satqı ofisinin qarşısında "Yeni Bakı" Yaşayış Kompleksinin komendantı Ehtiram Yusifov şəxsi münasibətlər zəminində həmin ofisdə işləyən Məmməd Talıbov , Kamran Qasımov və Zaur Gəncəliyevə "Vinçester" markalı odlu silahdan atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin şəxslər 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin yardım edildikdən sonra həyatı təhlükələri olmadığından evə buraxılıblar. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov iş üzrə şübhəli şəxs qismində elə hadisə yerindəcə tutulub. Zərərçəkmişlərdən biri Zaur Gəncəliyev deyir ki, onlarla Kompleksin komendantı Ehtiram Yusifov arasında əvvəldən ədavət olub. Səbəb də Ehtiram YusifovunYeni Bakıda satılan hər bir evə görə onlardan 130 manat tələb etməsi olub.

Zaur Gəncəliyev iddia edir ki, ötən gün Yeni Bakıdan daha bir mənzil satarkən Ehtiram Yusifov onlara mane olub. Tərəflər telefonda bir-birlərinə təhqiramiz sözlər deyiblər. Daha sonra Ehtiram Yusifov onların ofisinə gələrək mübahisə edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hazırda hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq, əməliyyat tədbirləri davam etdirilir.

Nə düşünürsən?