Qaradağda "Mercedes" piyadanı vurub öldürüb

  • 18.04.2019
  • 0

Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, rayonun Xocəsən yolu istiqamətində Səlimov Vüqarın idarə etdiyi "Mercedes" markalı minik avtomobili yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən keçən 1969-cu il təvəllüdlü Əsgərov Əli Əsgər oğlunu vurub.

Sürücü yaralını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb, lakin Əli Əsgərovun həyatını qurtarmaq mümkün olmayıb.

Nə düşünürsən?