“Zəfərə doğru”

  • 16.04.2019
  • 0

Aprel Döyüşlərinə həsr olunmuş musiqili-bədii gecə keçirildi

Musiqili teatrda "Kaspi" liseyinin müəllim və şagird heyəti tərəfindən aprel döyüşlərinin il dönümünə həsr olunmuş "Zəfərə doğru" adlı musiqili-bədii gecə keçirildi.

Tədbir şəhidləri anım sükutuyla başladı. Daha sonra işğal altında olan bölgələrimizi təmsil edən "Mən Vətənəm-qayıdacağam" adlı musiqili kompozisiya nümaiş olundu.

Azərbaycan xalqının qəhrəman keçmişindən bəhs edən "Dədə Qorqud", Vətən sağ olsun deyib, göz yaşını silib bayrağa sarılan, qəhrəman oğul böyüdən analarımızdan bəhs edən "Ana,mən şəhid oldum" adlı kompozisiyalar, "Azərbaycan" adlı rəqs alqışlarla qarşılanndı.

"Dalğalan bayrağım" adlı xorun ifası möhtəşəm sonluğa səbəb oldu.

"Kaspi" Təhsil Şirkətinin Təsisçisi Sona Vəliyeva bu tədbirlə uşaqların cəmiyyətə sanki milli yaddaş dərsi keçdiyini və bununla da həmin günləri bir daha xatırlatdığını deyir:

Sonda aprel döyüşlərinin qaziləri və şəhid ailələri səhnəyə dəvət olundu. 

Nə düşünürsən?