18 yaşlı qız özünü asdı: İki ay öncə nişanı olmuşdu

  • 12.04.2019
  • 0

Aydında 2 ay öncə nişanlanan və toy hazırlığına başlayan 18 yaşlı qız özünü tövlədə asaraq intihar edib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı Şərifə.İ səhər saatlarında evdən çıxıb. 

Qızlarının evdə olmadığını görən ailə ətrafı axtarmağa başlayıb. Tövləyə girən ailə şok yaşayıb. 

Belə ki, qızları Şərifə.İ-nin tavandan asılmış meyitini tapıblar. 

Hazırda polislər gənc qızın intihar səbəbini araşdırır. 

Araşdırmalar zamanı Şərifə.İ-nin Ünsal.S ilə nişanlı olduğunu və toya hazırlaşdığı ortaya çıxıb.

Nə düşünürsən?