Formula 1 üçün eyvan icarəyə verilir - Bakıda yeni elanlar

  • 12.04.2019
  • 0

26-28 aprel tarixləri arasında Bakıda keçiriləcək "formula 1" yarışlarına az qalmış trekin keçdiyi ərazilərdə yarış zolağına baxan eyvanlara maraq artıb. Həmin evlərin sakinləri belə eyvanları icarəyə vermək üçün hazırlıqlara başlayıblar. Onlar artıq müştəri axtarışına da çıxıblar. Belə eyvanlardan yarışı izləyənlərə çay, kofe, hətta istəsələr yemək də təklif olunacaq.

"Formula 1" yarışlarına az qalmış evinin eyvanı yarış zolağını görənlər müştəri axtarmağa başlayıblar. Onlar müxtəlif saytlara elanlar yerləşdirərək, yarışı izləmək istəyənlərə eyvanlarını icarəyə verməyə hazırlaşır.

Bir müddət sonra ölkəmiz daha bir mötəbər yarışa ev sahibliyi edəcək. Beləki ayın 26 dan Formula-1 yarışları start götürəcək. Yarışları izləmək üçün isə bilet alanlar yanaşı eyvan mənzil kirayə edənlərində sayı kifayət qədərdir.

Qiymətlər qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək. Əsas şərtlər isə evin yerləşdiyi zonaya uyğun olacaq

Belə mənzillərdə tamaşaçılara müxtəlif xidmətlər də təklif ediləcək. Çay, kofe, hətta istəsələr yemək də təklif olunacaq.

Nə düşünürsən?