Sərnişin qatarlarının gizli üzü: intim məkan, həzzin pik həddi və...

  • 25.03.2019
  • 0

Qatarla səyahət etmək, relslərin taqqıltısı altında yuxuya dalmaq, sıraya düzülən, sürətlə keçən təbiət təsvirlərini seyr eləmək insana ayrı bir zövq verir. Amma qatarda da münasib şərait ola... Köhnə, istismar müddətini başa vurmuş, antisanitar, təhlükəli qatarda uzaq yol getməyi kim istər?! O da var ki, istəməklə deyil, hansı ölkənin qatarı ilə səyahət edəcəksənsə, şəraitə qatlanmalı olacaqsan. Bəs görəsən, müxtəlif ölkələrin qatarlarında vəziyyət necədir? Səyyar Tv bununla bağlı yazını təqdim edir: Yaponiya. - Ən yaxşı yataq-vaqonları ölan ölkə sayılır. Bu baxımdan Avropanı da geridə qoyublar. Səliqəli, rahat, müasir yataqlar sərnişinlərin komfortlu səyahətinə hesablanıb. Bu ölkədə qatarların çoxu ikimərtəbəlidir. Hər kiçik kupe bir-birindən pərdə ilə ayrılır. Tailand. - Bu ölkənin də qatarları sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Hətta II sinif sərnişin qatarları da zövq almaq üçün əlverişlidir. Çin. - Bu ölkədə ucuz qatarlar o qədər ürəkaçan olmasa da, bir az artıq ödəməklə, uzun səfərlərin həzzini çıxarmaq olar. İstəyənlərə ayrıca, hər bir şəraiti olan kupe də təklif olunur. Kanada. - Təyyarə şəraiti ilə müqayisədə əlbəttə geri qalır. Amma ən əsası sürət qatarlarında mənzərələrdən həzz almaq, pulsuz verilən peçenye və meyvələrdən dadmaq olar. Hindistan. - Həə, bax burada relslər də susur... Bu ölkənin qatarlarında səyahət tam bir işgəncədir. Təbii ki, əcnəbilər üçün. Hindlilər özləri bu durumdan o qədər də narazı deyillər. Həm də səyahət edən əcnəbilər şikayət edirlər ki, burada təkcə antisanitariya deyil, oğurluq, əxlaqsızlıq da baş alıb gedir. MDB ölkələri. - Keçmiş sovet ölkələrində vəziyyət düzəlib. Çünki vaxtilə bu ölkələrin də qatarlarında səyahət xoşagəlməz idi. Sovet yazıçılarının əsərlərinə bel bağlasaq, "proletar tanışlıqlar" da az olmurdu. Ən azından, indi rahat, təhlükəsiz səyahət etmək mümkündür. Əlbəttə ki, bir çox postsovet ölkələrinin qatarları elə keçmişdə də qalıb.

__________________________________________________________________

Hörmətli üzvlər, şahidi olduğunuz maraqlı hadisələrin video və fotolarını çəkib, bizə göndərə bilərsiniz.

Whatsapp: +994 55 699 34 20 

► Heç bir xəbərdarlıq etmədən kanalı şikayət edən insan, ailəsini və bütün var yoxunu söydürmüş olur 

► DİQQƏT! Bütün hüquqlar qorunur. Kanala yerləşdirlmiş bütün videolar ekskluzivdir. Lazımsız yerə kanalı şikayət etməyin. Kanalda hər hansı video haqqında etirazınız olarsa , bizə bildirin. Video dərhal silinəcək. 

► Əlaqə nömrəsi : 055-699-34-20 (WhatsApp)

► İnstagram : https://www.instagram.com/Seyyar_Tv

Nə düşünürsən?