Bakıda 3 avtomobil zəncirvari qəza törədib, bir nəfər xəsarət alıb

  • 20.03.2019
  • 0

Bakı-Sumqayıt şossesində zəncirvari yol qəzası baş verib, xəsarət alan var.

ONA-nın xəbərinə görə, hadisə yolun Bakının Nəsimi rayonu ərazisinə düşən hissəsində, tunelin çıxışında qeydə alınıb.

"Lexus" markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman qarşısına çıxan maneəyə görə qəfil əyləcdən istifadə edib. Bu vaxt arxadan gələn "Mercedes" markalı digər avtomobil ona çırpılıb. "Mercedes"in arxasında olan "Daewoo" markalı avtomobil də eyni şəkildə zəncirvari qəzanın iştirakçısına mevrilib.

Hadisə nəticəsində "Daewoo" markalı avtomobildə olan sərnişin bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Baş vermiş qəzaya görə yolötürücü tuneldə tıxac yaranıb.

Əraziyə cəlb olunmuş Yol Patrul Xidmətinin (YPX) əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib.

Nə düşünürsən?