Binəqədi rayonunda iki avtomobil toqquşub, xəsarət alan var

16.03.2019 | 10 | 0

Paytaxtda xəsarətlə nəticələnən yol qəzası baş verib.

ONA-nın xəbərinə görə, hadisə Binəqədi rayonu, Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.

Məlum olub ki, "Opel" markalı avtomobil yol nişanının tələbini pozaraq, əsas yolla hərəkət edən "Mercedes" markalı digər avtomobilin qarşısına çıxıb. Nəticədə avtomobillər toqquşub. "Mercedes"in sürücüsü Araz Ağayev ONA-ya müsahibəsində bildirib ki, o, qəza zamanı qolundan xəsarət alıb. Xəsarət alan şəxsə təcili tibbi yardım xidmətinin əməkdaşları ilkin tibbi yardım göstərib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Nə düşünürsən?
Loading...