Silah gəzdirən keçmiş məhkum saxlanıldı

  • 13.03.2019
  • 0

Üzərində qanunsuz silah gəzdirməkdə şübhəli bilinən Lənkəran rayon sakini X.Xəlilov Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, ondan "Makarov” markalı tapança və 4 patron götürülüb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Maştağa qəsəbə sakini İ.Babayevə məxsus qarajda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə paslanmış vəziyyətdə olan "Mauser” markalı tapança, "Hsc mod 84” markalı piston tapançası və 55 boş patron aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?