"Uşağım olduğunu deyimmi ona?" - Həyat hekayəsi

  • 10.03.2019
  • 0

Salam, adım Aytəndi. 28 yaşım var. Ailəli olsamda, bəzi səbəblərə görə ayrıyıq yoldaşımnan. Yoldaşımla 6 il evli qaldım, iki oğlumuz var bu nigahdan. Qaynanam imkan vermədiki biz yaşıyaq. Dalaşırdı, təhqir edirdi, məni yoldaşımdan ayırıb balaca otağda saxlayırdı. Yoldaşımda anasının yanında qalırdı. Bu həyatdan bezdim, atamın evinə getdim. Atam məni çox sıxırdı, bezdirirdi. Bezdim evdən çıxdım, Bakıya baldızımın yanına gəldim. Biraz baldızımgildə qaldım, xadimə işlədim. Amma, baldizimda sıxırdı məni. Bezdirdi, o üzdən onlarında evindən çıxdım. Onun yanınanda kirayə qaldığım qızlarla zaman keçdi uşaqları tez-tez görməyə gedirdim. Sonra elə olduki, təsadüfən biri ilə telefonda tanış oldum. Danışdım, görüsdük, tanıdıq bir birimizi. Mənlə evlənmək istədiyini dedi. İndi hal hazırda onunla bir yerdə yaşasaqda, ona hələdə deməmişəmki mənim 2 oğlum var. Onu çox istəyirəm, ayrılmaq istəmirəm. Mənə bir yol göstərin, bir məsləhət verin. Ona deyimmi usaqlarımı? Ya heçnə demədən ayrılımmı ondan?

Nə düşünürsən?