Fiziki məhdudiyyətli insanlara diqqət artır

  • 08.03.2019
  • 0

Reablitasiya mərkəzləri fiziki məhdudiyyətli insanların həyatlarının qurulması, cəmiyyətə inteqrasiya etmələrinə yardımcı olur. Elə buna görə də prezident İlham Əiyevin tapşırığına əsasən reablitasiya mərkəzlərinin beynəlxalq standartlara tam cavab verməsi istiqamətində işlər aparılır.

Xezerxeber.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, prezidentin tapşırığına əsasən yeni mərkəzlərin açılması və təmir olması planlaşdırılır. Bütün işlər yaxın vaxtlarda tam yekunlaşacaq.

Sahil Babayev həmçinin bildirib ki, ümumilikdə reablitasiya sistemi 3 istiqamət üzrə inkişaf etdiriləcək. Bütün bunlar fiziki məhdudiyyətli insanların həyatdan küsmələrinə yox, əksinə, özlərini inkişaf etdirib və müxtəlif peşələrə sahiblənərək həyatdan daha möhkəm yapışmalarına gətirib çıxarcaq.

Beynəlxalq Qadınlar Günü ilə əlaqədar nazir Sahil Babayev 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzindəki xanımlarla görüşüb, onların problemləri ilə maraqlanıb. Sonda qadınlara müxtəlif hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.

Nə düşünürsən?