Gəncədə dəhşətli avtomobil qəzası: Ölüm anı telefonla çəkildi

  • 11.11.2017
  • 58.9K baxış
  • 0

Noyabrın 2-də Gəncədə baş verən və ölümlə nəticələnən ağır yol qəzasının görüntüləri yayılıb. Oxu.Az-ın Azxeber.com-a istinadən məlumatına görə, qəza nəticəsində sürücü 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlu və sərnişin - 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlu dünyasını dəyişib. Məlumata görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. İti vuran avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Nə düşünürsən?