Evsizlərin problemləri necə həll olunacaq?- “Qərarlar kağız üzərində qalmamalıdır”-Ekspert

  • 21.02.2019
  • 0

Ölkədə on minlərlə insan var ki, mənzil ehtiyacı içərisindədir və bu məsələ tədricən həll olunacaq. 

Bunu Talk TV-yə VECON MMC-nin təsisçisi və direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini Vüqar Oruc deyib. 

O bildirib ki, dövlət rəhbərliyi müxtəlif sərəncamlar verməklə, qərarlar qəbul etməklə bu məsələnin tədricən həll olunmasına çalışır. Ekspert onu da qeyd edib ki, məsuliyyətli qurumlar sistemi elə qurmalıdırlar ki, əhalinin bütün təbəqələri nəzərə alınsın, verilmiş qərarlar kağız üzərində qalmasın.

Nə düşünürsən?