Bərdədə mağaza, Cəlilabadda isə mebel fabriki qarət edildi

  • 20.02.2019
  • 0

Bərdədə mağazadan oğurluq edən şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, əməliyyatı Bərdə polisi keçirib.

Rayon sakini Şövqi Zərgərov polis şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus mağazadan 760 manat pul, 700 manat dəyərində mobil danışıq kartları və 500 manat dəyərində müxtəlif növ siqaretlər oğurlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli kimi Ağdam sakini Mənsur Həsənov saxlanılıb. O, hadisəni gecə saatlarında törətdiyini bildirib.

Cəlilabadda isə mebel fabrikindən oğurluq edilib. Ələt-Astara yolunun üzərindəki mebel fabrikinin anbarlarından birinə daxil olan iki nəfər naməlum şəxs oradan divan və kresloların üzərinə çəkilən parçaları oğurlayıb. Nəticədə fabrik sahibinə 1000 manatdan artıq ziyan dəyib. Oğurluq hadisəsi obyektdə quraşdrılan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

Nə düşünürsən?