Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada vəfat etdi

  • 14.02.2019
  • 0

Dünən Balakən rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Qasbinə kəndi ərazisində - Beşbulaq adlanan ərazidə Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə toqquşan “Toyota RAV4” markalı minik avtomobilində vəfat edən 1985-ci il təvəllüdlü Alqayev Samir Nurəddin oğlu Zaqataladan işdən gəlirmiş.

Belə ki, Zaqatala Su-Kanal idarəsində çalışan Samir Beşbulaq adlanan ərazidəki döngədə sürət həddini düzgün seçmədiyindən avtomobili yük maşınına çırpıb. O, hadisə yerindəcə keçinib. S.Alqayevin 2 azyaşlı övladı qalıb.

Qeyd edək ki, qəza nəticəsində xəsarət alan B.Saminə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ambulator müalicəyə yazılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Foto və video report.az-ındır

Nə düşünürsən?