İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb

  • 06.02.2019
  • 0

Azərbaycan bölgədə təhlükəsizliyin təminatı üçün, transmilli cinayətkarlıq və terrorizmə qarşı mübarizədə qonşu ölkələrlə geniş əməkdaşlıq mühiti formalaşdırıb. Ancaq Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ən böyük təhdiddir.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HəsənovTürkiyənin İstanbul şəhərində keçirilən XXII Avrasiya İqtisadi Zirvə toplantısında çıxışı zamanı belə deyib.

Əli Həsənov Zirvə toplantısının açılışında dövlətimizin başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.

Sonra Əli Həsənov Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksək səviyyədə olduğuna diqqət çəkib.

Prezidentin köməkçisi Azərbaycanın bölgədə sülhməramlı siyasət yeritdiyini, ancaq Ermənistanın işğal faktorunun bu siyasətə ən böyük əngəl olduğunu bildirib.

Türkiyə parlamentinin sədri Binəli Yıldırım isə "Xəzər Xəbər"ə müsahibəsində rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini vurğulayıb.

Zirvə toplantısında bir sıra önəmli məsələlər geniş müzakirə edilib.

Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?