Fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi asanlaşır

  • 06.02.2019
  • 0

Fevralın 15-dən etibarən fermerlər kənd təsərrüfatı texnikalarını dövlətdən deyil, istənilən şirkətdən güzəştli şərtlərlə əldə edə biləcəklər. Vətəndaşın aldığı texnikanın qiymətinin 40 faizini və bank faizlərini Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.


Xezerxeber.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, bu yeniliyin bir sıra üstünlükləri var.

Texnikanın alınma proseduru isə olduqca sadədir. Bunun üçün fermerin sadəcə texnikanın 20 faizi həcmində ilkin ödəniş etməsi kifayətdir.


Qeyd edək ki, bəzi bölgələrdə əkin-biçin zamanı texnika çatışmazlığı müşahidə olunurdu. İndiyədək texnikaların alışını həyata keçirən "Aqrolizinq" isə ancaq məhdud sayda texnika alışı həyata keçirə bilirdi. Ancaq bir mərkəzdən satış sisteminin aradan qaldırılması kənd təsərrüfatı texnikalarının satış həcmini artıracaq və qiymətlərdə də ciddi ucuzlaşmaya səbəb olacaq. Bu isə kənd təsərrüfatı sahəsinin müasir və çoxçeşidli texnikalarla təmin edilməsində önəmli rol oynayacaq.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?