"Tosu" narkotiklə tutuldu - Üzərindən 4 min dollar və 4900 manat çıxıb

  • 02.02.2019
  • 0

Bakıdan Naxçıvan Muxtar Respublikasına narkotik aparmaq istəyən şəxs polis tərəfindən saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Hava Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1966-cı il təvəllüdlü İbrahim Ələsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar terminalının qarşısında saxlanılıb. İdarəyə gətirilən İbrahim Ələsgərovun üzərindən 1 kiloqramdan çox qurudulmuş şəkildə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və yaşadığı Naxçıvan Muxtar Respublikasına aparan zaman polislər tərəfindən saxlanıldığını bildirib.

Şirvanda isə narkotik alveri ilə məşğul olan "Tosu" ləqəbi ilə tanınan narkotacir saxlanılıb.

Şirvan sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Toğrul Qaçayev Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən satış üçün nəzərdə tutulan ayr-ayrı bükümlərdə narkotik vasitə olan heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Kriminal aləmdə "Tosu" ləqəbi ilə tanınan Toğrul Qaçayevin yaşadığı evdən də müxtəlif narkotik vasitələr və ləvazimatlar aşkarlanıb.

Toğrul Qaçayevdən həmçinin, narkotik vasitələrin növbəti partiyasını əldə etmək üçün nəzərdə tutulan 4 min dollar və 4900 manat pul aşkarlanaraq müsadirə edilib.

Hər iki Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?